Kürdə batan şəxslərin axtarışları davam edir - Video
Cəmiyyət
552
22 Feb 2025 | 20:16

Kürdə batan şəxslərin axtarışları davam edir - Video

Mingəçevir su anbarında batdıqları ehtimal olunan vətəndaşların axtarışları davam etdirilir. 
 
Bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
 
“Fevralın 19-da Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində batdıqları ehtimal olunan 1999-cu il təvəllüdlü İsmayılov Müşviq Rəhim oğlu və 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.
 
Hazırda müşahidə edilən kəskin və əlverişsiz hava şəraitinə baxmayaraq FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən vətəndaşların axtarışları batdıqları ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir”, - məlumatda qeyd olunub.

 

Link kopyalandı!
Son xəbərlər