Azərbaycanda kəndlər birləşdirilir? - AÇIQLAMA
Cəmiyyət
875
14:18, Bu gün

Azərbaycanda kəndlər birləşdirilir? - AÇIQLAMA

"Regionlarda həm təhsil, həm səhiyyə, həm də digər problemlərin həlli üçün kiçik kəndlərin birləşdirilməsi qaçılmazdır".
 
Bunu iqtisadçı Eldəniz Əmirov deyib.
 
"Ümumiyyətlə, regionların idarə edilməsində tam yeni idarəçilik üsullarına və inzibati rayonların yenidən strukturlaşdırılmasına ehtiyac var, amma əgər idarəetmə üsul və formalarına dair bir dəyişiklik olmayacaqsa, o zaman mümkün qədər ən qısa zamanda kiçik kəndlərin birləşdirilməsinə dair işlərə başlanılmalıdır.
 
Kiçik kəndlərin birləşməsinin xərclərin optimallaşdırılmasına, infrastrukturun təkmilləşməsinə, iqtisadiyyatın güclənməsinə, xidmətlərin keyfiyyətinin artmasına, idarəetmə səmərəliliyinin artırılmasına, balanslı inkişafa, yerli idarəetmənin güclənməsinə və s. çox böyük müsbət təsirləri olacaq.
 
Ən əsası, kəndlərdə təhsil, səhiyyə və digər xidmətlərin göstərilməsi mümkün olacaq ki, bu da hər sakin üçün əlçatan olacaq. Hazırda ucqar ərazilərdə nəinki poliklinika, heç kiçik tibb məntəqəsi, apteki, bankomatı, normal yolu-izi, normal məktəbləri olmayan və digər çoxsaylı xidmətlərdən yararlana bilməyən saysız hesabsız kəndlərimiz var. Kəndlərin birləşdirilməsi ilk baxışdan böyük vəsait tələb etsə də, prosesin sonunda həm dövlət, həm də insanlar qazanacaq", - deyə E.Əmirov əlavə edib.
 
Link kopyalandı!
Son xəbərlər