Aqil Abbas: “Yola duz da, qum da töküblər, niyə Bakı Şəhər İcra Hakimiyyəti...
Cəmiyyət
912
13:05, Bu gün

Aqil Abbas: “Yola duz da, qum da töküblər, niyə Bakı Şəhər İcra Hakimiyyəti..."

“Bakıya qar yağdı, yola duz da tökdülər, qum da. Əziyyət çəkdilər. Yollar açıq idi axı, indi də açıqdır. Böyük qəzalar da olmayıb. Niyə Bakı Şəhər İcra Hakimiyyətinin və ya hansısa qurumun zəhmətini yerə vuraq?”
 
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.
 
“Avtobusların ötən gün 21:30-dan sonra fəaliyyətinin dayanmasından xəbərim yoxdur. AYNA bu addımı atıbsa, görünür, belə məsləhət olub, ediblər”, - A.Abbas qeyd edib.
Link kopyalandı!
Son xəbərlər