“Milli-mənəvi dəyərlərimizi sevdirmək əvəzinə alçaldıb, korlayırlar”-Qəzənfər Paşayev
Cəmiyyət
1216
22 Feb 2025 | 11:53

“Milli-mənəvi dəyərlərimizi sevdirmək əvəzinə alçaldıb, korlayırlar”-Qəzənfər Paşayev

“Bizdə böyük keçid dövrü oldu. O dövrdən də bəzi özlərini şair, yazıçı hesab edənlər istifadə etdi. Yaradıcılıq ağır bir şeydir. Adam elə bilir ki, yazdığı şedevrdir.
Bundan daha yaxşısı yoxdur. Ona görə də hər kitabı oxumaq da düzgün deyil. Elə kitab var ki, əlimə götürürəm, vərəqlədiyim, ona itirdiyim vaxta heyfim gəlir. Çünki orada nə insana, nə xalqa xeyir verən bir şey yoxdur. Zövqü korlamaqdan başqa bir şey deyildir. Xalqın zövqünü korlayırlar. Milli-mənəvi dəyərlərimizi daha da qabartmaq və sevdirmək əvəzinə alçaldırlar”
 
Bunu Moderator.az-a açıqlamasında Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev deyib. O daha sonra əlavə edib:
 
“Mən də o vaxtı yazırdım. Anar o illərdə mənə dedi ki, sən niyə Yazıçılar Birliyinin üzvü deyilsən? Mən elə bilirdim ki, kimsə mənə deyəcək ki, gəl səni üzv edim. Bilmirdim ki, insan özü müraciət etməlidir. O vaxt Yazıçılar Birliyinin cəmi 400-ə yaxın üzvü var idi. İndi Yazıçıar birliyinin 2 min 400-dən çox üzvü var. Onların çoxu nə şairdir, nə də yazıçı. Gəliblər.. Bilirsiniz ədəbiyyatı hamı sevir. Cavan uşaq şeir, bayatı yazmaq istəyir. Ancaq bu o demək deyil ki, sən gələcəyin şairisən, yazıçısısan. Hamı yazıçı, şair olmur. Qələm sahibi olmur. Ancaq keçid dövrü elə bir ağır dövrdür ki.. Keçid dövründə bilmirsən, mənəvi dəyərlər yox olub gedir. Yeni bir sistem gəlir, adamlar çaşırlar, özlərini itirirlər” deyə Qəzənfər Paşayev bildirib.
Link kopyalandı!
Son xəbərlər