Bizi sosial şəbəkələrdən izləyin:
Ötən gün Bakıda yolların buz bağlaması səbəbindən sürüşən avtomobilin aşırdığı işıqfor müvəqqəti daşına bilən işıqforla əvəz olunub.
Bu barədə Nəqliyyatın İntellektual İdarətmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov məlumat verib.
NİİM rəsmisi xatırladıb ki, ötən gün paytaxtın Nəsimi rayonu, Hüseynbala Əliyev və Hüseyn Seyidzadə küçələrinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 1 ədəd svetofor yararsız vəziyyətə düşmüşdü:
"Hazırda davam edən qeyri-sabit hava şəraiti səbəbindən yeni svetofor dirəyinin beton bünövrəsinin atılması mümkün olmayıb. Yol hərəkəti iştirakçılarının təhlüksizliyini təmin etmək məqsədilə qeyd edilən kəsişmə müvəqqəti daşına bilən svetoforla təmin edilib".