Şəhid bacısı vəfat etdi - FOTO
Cəmiyyət
1476
21 Feb 2025 | 18:07

Şəhid bacısı vəfat etdi - FOTO

2023-cü ildə Qarabağda keçirilən antiterror tədbirləri zamanı şəhid olmuş Azər Məmmədovun bacısı Günay Məmmədova vəfat edib.
 
Moderator.az qafqazinfo.az-a istinadən xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən şəhid bacısı 36 yaşında dünyasını dəyişib.
 
O, bu gün qardaşının məzarının yanında dəfn olunub.
 
Qeyd edək ki, Daxili Qoşunlarının müddətdən artıq həqiqi hərbi qulluqçusu A. Məmmədov 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda keçirilən antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olub. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.
Link kopyalandı!
Son xəbərlər