Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün “Metbuat.az” xəbər portalının fəaliyyətə başlamasından 8 il ötür.
2017-ci il 21 fevral tarixindən özəl xəbər istehsalına başlayan “Metbuat.az” qısa müddət ərzində etibarlı və operativ xəbər saytına çevrilərək oxucuların etimadını qazana bilib.
“Metbuat.az” günün ən mühüm xəbərlərini oxuculara çatdırmaqla yanaşı, müxtəlif sahələrə aid aktual və maraqlı məqalələr təqdim edir, ekspert rəyləri, müsahibələr, reportajlar hazırlayaraq gündəmin əsas məsələlərini dərindən araşdırmağa imkan yaradır.
Müasir dövrün nəbzini tutan “Metbuat.az” yalnız veb-sayt və mobil tətbiq üzərindən deyil, həm də populyar sosial media platformalarında aktiv fəaliyyət göstərir. “Facebook”, “Instagram”, “YouTube”, “Telegram” və “Twitter” kimi sosial şəbəkələrdə geniş auditoriya tərəfindən izlənilir.
Oxucu kütləsinə obyektiv və dəqiq informasiya çatdırmağı özünə prioritet hesab edən “Metbuat.az” bu gün ölkənin ən çox oxunan onlayn media resurslarından biridir. Sayt media sahəsindəki yeniliklərə daim açıqdır və daha keyfiyyətli məzmun təqdim etmək üçün fəaliyyətini genişləndirməkdə davam edir.
Moderator.az kollektivi adından həmkarlarımızı təbrik edirik!