Bakının ən soyuq fevralı: Minimal temperatur mənfi 11 dərəcə olub
Cəmiyyət
1480
21 Feb 2025 | 17:52

Bakının ən soyuq fevralı: Minimal temperatur mənfi 11 dərəcə olub

"Son 40 il ərzində fevral ayında ən aşağı temperatur 2012-ci ildə qeydə alınıb və fevral ayının 1-dən başlayan şaxtalı hava şəraiti 13 gün davam edib. Havanın minimal temperaturu fevralın 8-də Bakıda mənfi 11 dərəcə olub, bununla da 1969-cu ilin 9-10 fevral rekordu (9.6 dərəcə şaxta) yenilənib".
 
Moderator.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.
 
O qeyd edib ki, 2014-cü ilin fevralında isə şaxtalı dövr səkkiz gün davam edib və ən aşağı temperatur mənfi 7.6 dərəcə olub.
 
"Sonrakı illərdə havanın minimal temperaturu 2021-ci ildə 5.5, 2017-ci ildə 3.4, 2023-cü ildə 3.1, 2024-cü ildə 2.8 dərəcə şaxta qeydə alınıb. Lakin qeyd olunan illərdə Bakıda və Abşeron yarımadasında şaxtalı dövrün davamiyyəti 1-3 gün olub. Bu il isə fevralın 20-dən başlayan şaxtalı hava şəraiti bir neçə gün davam edəcək".
Link kopyalandı!
Son xəbərlər