Cəmiyyət
1649
21 Feb 2025 | 16:09

"Lipa" nömrələri alan və istifadə edənləri hansı cərimələr gözləyir? – AÇIQLAMA - VİDEO

Sürücülər arasında "lipa" adlandırılan bu nömrələr daha çox fərdi adlar, soyadlar, ləqəblər və ya digər ölkələrə məxsus qeydiyyat nişanları formasında hazırlanır.
 
Bu nömrələri satan şəxslərlə əlaqə yaradılıb. Bildirildi ki, satış yalnız onlayn şəkildə mümkündür. Qiymətləri isə 15 manatdan 35 manata qədər dəyişir. Çatdırılma müddəti 2 gün ərzində həyata keçirilir. Nömrələrin materialı isə plastik və ya metal ola bilər.
 
Bu nömrələrin istifadə dairəsi əsasən avtoxuliqanlıq edən və ya qanun pozuntusuna yol verən sürücülər arasında geniş yayılıb. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, belə nömrələrdən istifadə edən şəxslər qanunvericiliyə əsasən məsuliyyətə cəlb edilir.
 
Belə nömrələrin istifadəsi təhlükəsizliyə ciddi təhdid yaradır və yol hərəkəti qaydalarının pozulması deməkdir.
 
Qanunsuz nömrələrdən istifadə edən şəxslər hüquqi məsuliyyətdən yayınmaq üçün bu üsula əl atsalar da, Dövlət Yol Polisi belə halların qarşısını almaq üçün müvafiq tədbirləri gücləndirir.
 
Daha ətraflı videomaterialı təqdim edirik. 
 
 

 

Link kopyalandı!
Son xəbərlər