Yollarda GİZLİ BUZLAŞMA başlayır:
Cəmiyyət
1631
21 Feb 2025 | 15:12

Yollarda GİZLİ BUZLAŞMA başlayır: "Günlərlə davam edəcək" - XƏBƏRDARLIQ

Bir gün əvvəl İstanbula daxil olan soyuq hava dalğası güclü qarla təsirini davam etdirir.
 
Sarı meteorologiya xəbərdarlığına əsasən, qarın bu gün daha da artacağı gözlənilir. 
 
Meteoroloq, professor Orhan Şen güclü qarın günlərlə davam edəcəyini bildirib:
 
"Qar yağışı fasilələrlə başlayıb. Bazar günü günortaya qədər qar güclü şəkildə davam edəcək. İstanbulda qar təxminən 40 sm-ə çatır. Bazar ertəsi İstanbulda qar gözlənilmir. Soruşurlar ki, bu qar İstanbulda sonuncu olacaq, yoxsa yox? Martın əvvəlində yenidən qar görə bilərik. 1987-ci ilin mart ayında yağan qar 15 gün yerdə qalmışdı. Bu axşam buzlanma ilə bağlı diqqətli olmaq lazımdır. Yollardakı gizli buzlara qarşı diqqətli olmalıyıq".
 
Digər tərəfdən, Karayolları Ümumi Müdirliyi (KGM) İstanbul, Kocaeli, Sakarya, Düzce, Bolu və Ankarada bəzi magistral yolların və dövlət yollarının əlverişsiz hava şəraiti səbəbindən 2 gün müddətində ağır nəqliyyat vasitələrinin hərəkətinə bağlandığını açıqlayıb.
Link kopyalandı!
Son xəbərlər