Bu gün avtobuslar saat 21:30-dək işləyəcək
Cəmiyyət
1127
21 Feb 2025 | 13:18

Bu gün avtobuslar saat 21:30-dək işləyəcək

Bu gün avtobuslar saat 21:30-dək işləyəcək.
 
“Kəskin hava şəraiti ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə bu gün Bakı şəhəri və Abşeron rayonu ərazisində avtobuslar saat 21:30-dək fəaliyyət göstərəcək”.
 
Bu barədə Oxu.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.
 
“Sərnişinlərdən səfərlərini planlayarkən bunu nəzərə almalarını xahiş edirik. Hərəkət iştirakçılarına ehtiyatlı olmaları, kəskin hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini tövsiyə edirik”, - deyə qurum rəsmisi əlavə edib.
Link kopyalandı!
Son xəbərlər