Bizi sosial şəbəkələrdən izləyin:
Daxili İşlər Nazirliyi Bakıda marşrut avtobusunun piyadanı vuraraq öldürməsi faktı ilə bağlı məlumat yayıb.
Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, fevralın 19-da saat 22:00 radələrində Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisində 1961-ci il təvəllüdlü İlqar Əliyev idarə etdiyi “Daewoo” markalı marşrut avtobusu ilə yolu keçən 1973-cü il təvəllüdlü Z.Xibabayevi vurub. Piyada hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.