Bakıda buza görə tətbiq edilən yol məhdudiyyəti aradan qaldırıldı
1473
21 Feb 2025 | 08:26

Bakıda buza görə tətbiq edilən yol məhdudiyyəti aradan qaldırıldı

Bakı Beynəlxalq Avtovağzalının qarşısından Bakı Dairəvi Avtomobil Yolu - Lökbatan dairəsi istiqamətində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət ləğv edilib.
 
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
 
Sürücülərə hava şəraitini nəzərə alaraq sürət həddini uyğun tənzimləmələri, ötmə və qəfil manevrlərdən çəkinmələri tövsiyə olunur. Həmçinin təcrübəsi az olan sürücülərə buzlu yollarda avtomobil idarə etməmələri məsləhət görülür.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər