ABŞ Ukrayna üzrə BMT Qətnaməsindən geri çəkildi – Siyasi sürpriz!xa0
1679
20 Feb 2025 | 17:40

ABŞ Ukrayna üzrə BMT Qətnaməsindən geri çəkildi – Siyasi sürpriz!xa0

ABŞ ilk dəfə olaraq Rusiya-Ukrayna müharibəsinin başlanğıcından bəri BMT Baş Assambleyasının Ukrayna ilə bağlı qətnamə layihəsinin həmmüəllifi qismində çıxış etməyib.
 
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki,  sənədin müəllifləri arasında Böyük Britaniya, Fransa, Almaniya, Kanada, İsveçrə, Polşa və Baltikyanı ölkələri yer alır, lakin ABŞ bu siyahıya daxil edilməyib.
 
Fevralın 24-nə hazırlanan qətnamə layihəsində Rusiyanın Ukrayna ərazisindən dərhal, tam və qeyd-şərtsiz qoşunlarını çıxarması tələb olunur.
Link kopyalandı!
Son xəbərlər