Bizi sosial şəbəkələrdən izləyin:
“Elmin mövcud maliyyələşmə alətləri günün tələblərinə cavab vermir”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.
Nazir bildirib ki, nəticəyönümlü maliyyələşmə hazırlanmaqda olan dövlət proqramının əsasını təşkil edir:
“Elmi fəaliyyətin nəticəsinə söykənən maliyyələşmə ən ədalətli sistemdir. Ayrı-ayrı layihələrin, təqaüdlərin müxtəlif elmi fəaliyyətlərə yönəlmiş müəssisə və alimlərə verilməsi planlaşdırılır".
O qeyd edib ki, Qarabağ Universitetində nəticəyə əsaslanan maliyyələşmə pilot layihə kimi tətbiq edilir. Bu sistem tezliklə ölkə üzrə bütün təhsil müəssislərində tətbiq edilməlidir.