Bizi sosial şəbəkələrdən izləyin:
"Paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsindən Xocəsən qəsəbəsi istiqamətində baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb, bir nəfər xəsarət alıb".
Bunu Moderator.az -a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli deyib.
"Hadisə 19 fevral saat 20:00-da qeydə alınıb. Belə ki, BMW markalı, 90-UC-335 dövlət nömrə nişanlı avtomobillə "Mercedes-Benz" markalı 99-UL-901 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Hadisə nəticəsində BMW markalı avtomobilin sürücüsü Şövqü Kərimov və sərnişini, həyat yoldaşı Aytac Kərimova hadisə yerində ölüblər. Digər sərnişin Nurlan Kərimov isə xəsarət alıb. Hazırda faktla bağlı araşdırma aparılır", - deyə T.Nəsirli bildirib.
Əzizə İsmayılova
00:24
Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az Bakupost.az-a istinadən xəbər verir ki, 17 yaşlı Nurlan Kərimovun idarə etdiyi avtomobilin qəzaya uğraması nəticəsində atası və anası həlak olublar.
Sürücü özü isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.