Prezident dövlət agentliyinə 1.5 milyon manat ayırdı
Cəmiyyət
1702
19 Feb 2025 | 17:25

Prezident dövlət agentliyinə 1.5 milyon manat ayırdı

Prezident İlham Əliyev Ağdaş rayonunun Davudlu - Binələr - Güvəkənd - Əmirarx - Qaradeyin - Eymur - Ərəbşəki - Ağcaqovaq avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
 
Bununla bağlı President.az məlumat yayıb.
 
Sərəncama əsasən, Doqquz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Davudlu - Binələr - Güvəkənd - Əmirarx - Qaradeyin - Eymur - Ərəbşəki -Ağcaqovaq avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1.5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.
 
Link kopyalandı!
Son xəbərlər