Ötən ilin qəza statistikası: 764 ölü, 1118 yaralı
1871
19 Feb 2025 | 14:08

Ötən ilin qəza statistikası: 764 ölü, 1118 yaralı

Ötən il Azərbaycan yollarında 1427 yol-nəqliyyat hadisəsi baş verib.
 
Bu barədə Moderator.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
 
Bildirilib ki, bu qəzaların 189-u magistral yollarda, 1238-i yaşayış məntəqələrində qeydə alınıb.
 
Yol qəzalarının 574-ü gündüz vaxtı, 305-i toran vaxtı, 548-i isə gecə vaxtlarında baş verib.
 
Qəzalarda ümumilikdə 764 nəfər ölüb, 1118 nəfər isə xəsarət alıb.
Link kopyalandı!
Son xəbərlər