Bakıda orta aylıq əməkhaqqı 7 %-dən çox ARTDI
1886
19 Feb 2025 | 13:38

Bakıda orta aylıq əməkhaqqı 7 %-dən çox ARTDI

Ötən ilin yanvar-noyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 255,5 manat təşkil edib.
 
Bu barədə Moderator.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
 
Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,4 % artıb.
 
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8 % artaraq 996,8 manat təşkil edib.
Link kopyalandı!
Son xəbərlər