Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Asiya Parlament Assambleyasına sədrliyi üzərinə götürməklə güclü əməkdaşlıq nümunəsi nümayiş etdirdi.
Bunu Asiya Parlament Assambleyasının (APA) Baş katibi Mohammad Reza Majidi Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən qurumun 15-ci plenar sessiyasının açılış mərasimində deyib.
O qeyd edib ki, Assambleyaya aid proqramlar Azərbaycanın sədrliyi ilə tam yerinə yetiriıib:
“Biz parlamentlərarası əməkdaşlığı daha da gücləndirməyə çalışırıq. Hazırda sıralarımız genişlənməkdədir. APA çox vacib parlament platforması olaraq Fələstin məsələsini diqqət mərkəzində saxlayır”.
Baş katib Omon Sultanlığını APA-ya üzv olması, Belarusu isə müşahidəçi qismində təşkilata qəbul edilməsi münasibətilə təbrik edib.