Baş katib: APA vacib parlament platforması olaraq Fələstin məsələsini diqqət mərkəzində saxlayır
Cəmiyyət
1809
19 Feb 2025 | 10:45

Baş katib: APA vacib parlament platforması olaraq Fələstin məsələsini diqqət mərkəzində saxlayır

Azərbaycan Asiya Parlament Assambleyasına sədrliyi üzərinə götürməklə güclü əməkdaşlıq nümunəsi nümayiş etdirdi.
 
Bunu Asiya Parlament Assambleyasının (APA) Baş katibi Mohammad Reza Majidi Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən qurumun 15-ci plenar sessiyasının açılış mərasimində deyib.
 
O qeyd edib ki, Assambleyaya aid proqramlar Azərbaycanın sədrliyi ilə tam yerinə yetiriıib:
 
“Biz parlamentlərarası əməkdaşlığı daha da gücləndirməyə çalışırıq. Hazırda sıralarımız genişlənməkdədir. APA çox vacib parlament platforması olaraq Fələstin məsələsini diqqət mərkəzində saxlayır”.
 
Baş katib Omon Sultanlığını APA-ya üzv olması, Belarusu isə müşahidəçi qismində təşkilata qəbul edilməsi münasibətilə təbrik edib.
Link kopyalandı!
Son xəbərlər