Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan və Türkiyə kimi sıx əlaqədə olan başqa dövlət yoxdur.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün “Azərbaycan və Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumun 5 ili - Birgə fəaliyyətə baxış, gələcək hədəflər” adlı dəyirmi masada çıxışı zamanı deyib.
Səfir hər iki ölkənin əlaqələrinin nə qədər sıx olduğunu son iki həftədə şahidi olduğunu bildirib: "Bu qədər sıx əlaqədə olan başqa dövlət yoxdur".
"Dostlara və ittifaqlara güvən məsələsi bizim coğrafiyamız üçün önəmlidir. Prezidentlər arasındakı bu əlaqələr gələcək üçün ümid və potensial vəd edir. Bizim qardaşlığımızda hesab-kitab olmaz. Bu səbəbdən bir-birimizə iki qardaş deyirik. Çünki Türkiyədəki zəlzələdəki acını Azərbaycan qədər hiss edən olmadı. Dünən və bu gün olduğu kimi, bundan sonra da Türkiyə tam gücü ilə Azərbaycanın yanında olacaq. Vətən müharibəsi zamanı hər kəndin necə azad edildiyini böyük həyəcanla izlədik və medianın dezinformasiyalara qarşı necə mübarizə apardığını gördük. Bu baxımdan media dayanışması önəmlidir” - B.Akgün əlavə edib.