Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan BMT-nin qətnamələrini təkbaşına yerinə yetirib, öz ərazi bütövlüyünü bərpa edib.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasının açılış mərasimində deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, dünyanın indi ehtiyacı olan ən əsas məsələ beynəlxalq norma və prinsiplərə tam əməl olunmasıdır:
“Mənfi tendensiyaları geri qaytarmağın, dünyada sülhə, əmin-amanlığa nail olmağın yeganə yolu çoxtərəfli əməkdaşlıqlardır”.
S.Qafarova vurğulayıb ki, parlamentarizmin əsas məqsədlərindən biri parlamentlərin ölkələrin sərhədləri çərçivəsindən kənara çıxmasıdır:
“Biz hazırda APA-nın büdcəsinin formalaşdırılması haqqında qərarın əldə olunmasına da yaxınıq. Bütün bunlar APA-nın güclənməsinə şərait yaradacaq”.