Zahid Oruc: Azərbaycan və Türkiyə mediasının bir araya gəlməsi mühüm məsələdir
Cəmiyyət
1835
19 Feb 2025 | 10:27

Zahid Oruc: Azərbaycan və Türkiyə mediasının bir araya gəlməsi mühüm məsələdir

Azərbaycan və Türkiyə mediasının bir araya gəlməsi mühüm məsələdir.
 
Bunu Sosial Tədqiqatlar Mərkəzinin və Milli Məclisin İnsan hüquqları komitəsinin rəhbəri Zahid Oruc “Azərbaycan və Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumun 5 ili - Birgə fəaliyyətə baxış, gələcək hədəflər” adlı dəyirmi masada deyib.
 
Onun sözlərinə görə, zaman-zaman hər iki dövlətin ziyalıları bir-birindən bəhrələniblər.
 
“Türkiyə və Azərbaycanın birgə fəaliyyətinin qızıl dövrü 44 günlük müharibə dövrünü əhatə edir. Müharibənin ilk günündən dövlət başçılarının birliyi qələm əhlinə də stimul verdi”, - Z.Oruc vurğulayıb.
 
Deputat əlavə edib ki, müharibə zamanı milli media ordunun uğurunu tamamladı: “İnformasiya müharibəsində düşmənlərimiz eynidir. Onlara qarşı birgə mübarizə apararaq qalib gəlməliyik”.
Link kopyalandı!
Son xəbərlər