Bu kəndin bütün sakinləri evlərini tərk etdi
Cəmiyyət
3204
19 Feb 2025 | 07:50

Bu kəndin bütün sakinləri evlərini tərk etdi

İsmayıllının Pirəbülqasım kəndi boş, qıfıllı evlərin olduğu vahiməli kənd kimi tanınır. 
 
Bu kənddə rəsmi olaraq 157 sakin qeydiyyatdadır. 
 
Amma hazırda hamısı buranı tərk edərək evlərin qapılarına qıfıl vurub.
 
Sakinlərin kənddən getməsinin səbəbinin şəraitsizlikdən qaynaqlandığı bildirilir. Bu kənddə yollar təmirsiz, işıq dirəkləri bərbad vəziyyətdədir, qaz xətti isə yoxdur.
 
Bacasından tüstü çıxan evlərdən birinin sakini isə kənddəkilərin çoxunun Bakıya getdiyini bildirib. "İndi kənddə heç kim yoxdur. Yayda gələcəklər", - deyə o deyib.
Link kopyalandı!
Son xəbərlər