Bizi sosial şəbəkələrdən izləyin:
Rusiya Suriyada hakimiyyət dəyişikliyinə baxmayaraq, bu ölkədə bazaları daxil olmaqla, hərbi varlığını saxlayacaq.
Bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadla məlumat paylaşıb.
Mənbələr bildiriblər ki, Moskva Suriyanın yeni hökuməti ilə razılaşmaya yaxındır: "Bu da ona personalının və avadanlığının bir hissəsini ölkədə saxlamaq imkanı verəcək".
Rusiyanın hərbi-dəniz və hərbi-hava bazaları üzərində nəzarəti saxlayacağı güman edilir.