SON DƏQİQƏ!- Tanınmış jurnalist evdə ölü tapıldı
Cəmiyyət
1968
17 Feb 2025 | 08:09

SON DƏQİQƏ!- Tanınmış jurnalist evdə ölü tapıldı

 Türkiyədə "Antakya Qəzeti"nin sahibi Sinan Seyfittinoğlu Antalyada dostu ilə birlikdə qaldığı evdə ölü tapılıb.
Seyfittinoğlu dünən gecə ev yoldaşı Önder K. və digər dostları ilə birlikdə spirtli içki içdikdən bir müddət sonra yatmaq üçün otağına gedib.
 
Səhər saatlarında dostunu oyatmaq üçün otağına daxil olan Önder K. bütün cəhdlərinə baxmayaraq, Seyfittinoğlunu oyada bilmədikdə təcili yardım çağırıb.
 
Tibbi heyət Sinan Seyfittinoğlunun həyatını itirdiyini müəyyən edib. Ölümün şübhəli qəbul edilməsi səbəbi ilə ünvana polis araşdırma qrupu da gəlib.
 
Sinan Seyfittinoğlunun bədənində heç bir silah, kəsici və ya dəlici alət yarası, döyülmə izi tapılmayıb.
 
Seyfittinoğlunun bipolyar xəstəliyi olduğu, daimi dərman qəbul etdiyi və bildirilib.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər