Bizi sosial şəbəkələrdən izləyin:
“Bəzən deyirlər ki, filankəs özünü oynayır. Amma özünü oynamağı da bacarmaq lazımdır. O qədər aktyorlar var ki, artistizmi yoxdur. Məsələn, bir də görürsən ki, müğənni çıxıb mahnını oxuyur. Baxıb görürsən ki, səsi də var. Sadəcə səsdir, amma onu yaşamır, hiss etmir. Amma elə müğənni var ki, mahnını yaşayır. Onda onun mahnısının təsir qüvvəsi güclü olur. Yaşamadan necə oynamaq olar ki? Bu mümkün deyil”
Bunu Moderator.az -a açıqlamasında əməkdar artist Gülşad Baxşıyeva deyib. O daha sonra əlavə edib:
“Həyatda insanın başına o qədər gözlənilməz hadisələr gəlir ki.. Bu həyatdır da.. İndi durub mən deyim ki, mən belə faciələr görmüşəm, ağır həyat yaşamışam. Bu heç kimə maraqlı olmamalıdır. Mənim göz yaşlarım heç kimə lazım deyil. Bu mənə aiddir. Mən bir neçə dəfə deyə bilərəm ki, su soyuqdur. Sən onu nə zaman hiss edəcəksən? Həmin suyu içəndə. Ona görə də efirdə ağlamaq, göz yaşı tökmək lazım deyil” deyə aktrisa bildirib.
Əməkdar artist sosial şəbəkələrdən yaxşı mənada istifadə etməyi tövsiyyə edib:
“Sosial şəbəkələrdə bəzən o qədər lazımsız sözlər yazırlar ki.. Hər kəs gedib öz işi ilə məşğul olsa yaxşı olar. Heç kəsin ixtiyarı yoxdur ki, kimsənin şəxsi işinə qarışsın və diktə etsin” deyə o bildirib.