Yol polisi dağlıq və dağətəyi bölgələrə gedən sürücülərə müraciət edib
Cəmiyyət
794
11:51, Bu gün

Yol polisi dağlıq və dağətəyi bölgələrə gedən sürücülərə müraciət edib

Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı nəzərə alınaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə DYP tərəfindən qabaqlayıcı tədbirlər görülür.
 
Baş DYP İdarəsinin Mətbuat xidmətindən Moderator.az -a verilən məlumata görə, YPX Alayının əməkdaşları ötən gün axşam saatlarından başlayaraq yol təsərrüfatı işçiləri ilə birgə respublika əhəmiyyətli avtomobil yollarının keçdiyi dağlıq ərazilərdə zəruri işlər həyata keçirir, sürücülərlə profilaktik söhbətlər aparır, onlara yollardakı mövcud vəziyyətlə bağlı məlumat verir.
 
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onlardan hava şəraitini düzgün qiymətləndirməyi, dağlıq və dağətəyi bölgələrə səfərlər zamanı zəruri ehtiyyat tədbirləri görməyi xahiş edir.
Link kopyalandı!
Son xəbərlər