4 milyonluq POZUNTU: Zaur Hüseynovun dövrü TƏFTİŞ EDİLDİ
Cəmiyyət
1095
14 Feb 2025 | 22:23

4 milyonluq POZUNTU: Zaur Hüseynovun dövrü TƏFTİŞ EDİLDİ

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) külli miqdarda vergi borcu var.
 
Moderator.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, QSC-nin sədri Vüsal Aslanovun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1 721 212.03 manat vergi borcu yaranıb.
 
Dövlət Vergi Xidməti tərəfindən sözügedən qurumda aparılan səyyar vergi yoxlamaları zamanı "Bakı Metropoliteni" QSC barəsində 3 985 391.5 manat maliyyə sanksiyası tətbiq edilib.
 
Qeyd edək ki, 20.12.2024-cü il tarixində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov vəzifəsindən azad edilib, yerinə Vüsal Aslanov təyin olunub. Yoxlamalar Zaur Hüseynovun vəzifədə olduğu dövrü əhatə edib.
Link kopyalandı!
Son xəbərlər