Müharibə dövründə Azərbaycan Ordusunun arsenalına 908 milyon manatdan artıq məbləğdə maddi ziyan vurulub
Cəmiyyət
1836
13 Feb 2025 | 20:44

Müharibə dövründə Azərbaycan Ordusunun arsenalına 908 milyon manatdan artıq məbləğdə maddi ziyan vurulub

Müharibə dövründə Azərbaycan Ordusunun müdafiə arsenalına 908 milyon manatdan artıq məbləğdə qəsdən maddi ziyan vurulub.
 
Bu barədə Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclasında bildirilib.
 
"Azərbaycan Respublikasına qarşı aparılmış təcavüzkar müharibə dövründə Azərbaycan Ordusunun müdafiə arsenalına 908 milyon manatdan artıq məbləğdə qəsdən maddi ziyan vurulmaqla hərbi əmlakları məhv edilib, yararsız hala salınıb və ələ keçirilib", - iclasda qeyd edilib.
Link kopyalandı!
Son xəbərlər