ABŞ və İsrail Qəzzaya hücum edəcəyi halda husilər də bu ölkələrin obyektlərinə zərbə endirəcək
Cəmiyyət
454
19:33, Bu gün

ABŞ və İsrail Qəzzaya hücum edəcəyi halda husilər də bu ölkələrin obyektlərinə zərbə endirəcək

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər ABŞ və İsrailə məxsus obyektlərə zərbə endirəcəklər, bu, onların Qəzza zolağına hücum edəcəkləri təqdirdə baş verəcək.
 
“Report” TASS-a istinadən xəbər verir ki, bunu üsyançıların lideri Əbdül Məlik əl-Husi bildirib.
 
"Əgər amerikalılar və israillilər Trampın təhdidlərinə əsaslanaraq şənbə günü (15 fevral), bu tarixdən əvvəl və ya sonra Qəzza zolağına hücum etməyə qərar versələr, biz dərhal hərbi cavab verəcəyik", - əl-Husi qeyd edib.
Link kopyalandı!
Son xəbərlər