Samir Həziyev yüksək vəzifəyə TƏYİN EDİLDİ
Cəmiyyət
710
13 Feb 2025 | 18:57

Samir Həziyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) kadr dəyişikliyi olub. ADY-nin Yükdaşımaları departamentinə rəhbərlik Samir Həziyevə həvalə olunub.
 
Samir Həziyev 1982-ci ildə anadan olub. 2000-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavriat və magistratura pillələrini bitirib, daha sonra Dünya Bankının təqaüd proqramını qazanaraq ABŞ-nin Kolumbiya Universitetinin dövlət idarəçiliyi üzrə magistratura pilləsində təhsil alıb.
 
Əmək fəaliyyətinə 2004-cü ildən Azərbaycan Respublikası Mərkəzi Bankında iqtisadçı kimi başlayıb, sonra Fövqəladə Hallar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
 
2018-ci ildə ADY-də fəaliyyətə başlayıb. 2021-ci ildən İnfrastruktur departamentinin rəis müavini vəzifəsində işləyib.
 
Qeyd edək ki, Yükdaşımaları departamentinin rəisi Emil Əhmədov karyerasında yeni mərhələyə başlamaq üçün ADY-dən ayrılıb.
 
Emil Əhmədov ADY-də 2016-cı ildə fəaliyyətə başlayıb, bir çox uğurlu layihələrin həyata keçirilməsinə və qurumun inkişafına böyük töhfə verib.
Link kopyalandı!
Son xəbərlər