Bizi sosial şəbəkələrdən izləyin:
Bakı məktəbinin ərazisində şagird bullinqə məruz qalıb.
Modern.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.
Hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 280 nömrəli orta məktəbdə baş verib.
Bir qrup məktəbli əlbir olaraq digər şagirdə qarşı zorakılıq nümayiş etdirib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, sosial şəbəkələrdə bir qrup yeniyetmə arasında insidenti əks etdirən görüntülərlə bağlı müvafiq polis orqanında araşdırma aparılır.
Görüntüləri təqdim edirik: