Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, komissiyanın sədri Baş nazirin müavini Samir Şərifov olub.
Qeyd edək ki, buna qədər komissiyanın sədri Baş nazirin sabiq müavini Əli Əhmədov idi.
Xatırladaq ki, bir neçə gün əvvəl S.Şərifov Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri təyin olunub.