Səfərbərliyin 13 əməkdaşı işdən çıxarılıb
Cəmiyyət
508
12:37, Bu gün

Səfərbərliyin 13 əməkdaşı işdən çıxarılıb

Ötən il ərzində qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər haqqında xidməti yoxlamalar aparılaraq 249 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb.
 
Moderator.az xəbər verir ki, bu haqda məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 2024-cü ilə dair yaydığı hesabatda öz əksini tapıb.
 
Hesabatda bildirilib ki, 13 əməkdaş isə mənfi motivlə ehtiyata buraxılıb və əmək müqaviləsinə xitam verilib.
 
Bundan başqa, 51 fakt üzrə 95 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. /Globalinfo.az
Link kopyalandı!
Son xəbərlər