Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyənin "Fənərbağça" kollektivinin müdafiəçisi Oqnen Mimoviç Rusiyanın "Zenit" klubuna transfer olunub.
Bu barədə Sankt-Peterburq təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
O, icarə əsasında cari mövsümün sonuna qədər "Zenit"in şərəfini qoruyacaq.
Qeyd edək ki, 20 yaşlı serbiyalı futbolçu 2025-ci ilin əvvəlində "Fənərbağça" ilə 4 illik müqavilə imzalayıb.