Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib
Cəmiyyət
236
19:10, Bu gün

Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib

"Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün ilk iclası keçirilib. İclası Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev açıb".
 
Bu barədə Moderator.az -a Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.
O qeyd edib ki, komissiyanın ilk iclası çox məhsuldar keçib və 100-dən artıq müraciətə baxılıb:
 
"Bunlar əsasən, ağır cinayətlərdə və ölüm işlərində məhkum olunan şəxslərin müraciətləri idi. Hər bir müraciət müzakirə edilərək münasibət bildirildi. Samir Nuriyev indiyə qədər Azərbaycanda imzalanan əfv sərəncamlarının Azərbaycan Prezidenti tərəfindən göstərilən humanizm aktlarının olduğunu bildirdi".
 
09:24
 
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək.
 
Moderator.az xəbər verir ki, iclasda Komissiyaya daxil olan müraciətlərə baxılacaq.
Link kopyalandı!
Son xəbərlər