Bakıda əməliyyat: saxlanılanlar arasında qadın da var - Video
Cəmiyyət
476
17:57, Bu gün

Bakıda əməliyyat: saxlanılanlar arasında qadın da var - Video

Polis Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib, 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb.
 
DİN-dən Moderator.az -a istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 2025-ci ilin əvvəlindən həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə əlaqəli 60-a yaxın fakt aşkarlanıb.
 
Sonuncu əməliyyatlar zamanı Natəvan Baxşıyeva, Ceyhun Mahmudov, Tural Nəcəfzadə və Güləli Saqıyevdən 18 kiloqram heroin, eləcə də tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb. Ümumilikdə isə idarə əməkdaşları tərəfindən ilin əvvəlindən keçirilən tədbirlərlə 25 kiloqram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
 
Saxlanılanların əksəriyyəti narkotikləri şəxsi istifadələri ilə yanaşı satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
 
Faktlarla bağlı araşdırmalar aparılır. Saxlanılan şəxslərin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də şəxsiyyətinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

 

Link kopyalandı!
Son xəbərlər