Çörəkdən siqaret kötüyü çıxdığı deyilən zavod CƏZALANDIRILDI
Cəmiyyət
465
15:48, Bu gün

Çörəkdən siqaret kötüyü çıxdığı deyilən zavod CƏZALANDIRILDI

Bakının Zаbrаt qəsəbəsində yеrləşən "Ruzi" mаrkеtdən alınan çörəkdən siqaret kötüyü çıxması iddiası ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yoxlama aparıb.
 
Bu barədə  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat Xidmətindən bildirilib.
 
Qeyd olunub ki, Nizami rayonu, A.Manafov küçəsində yerləşən "Qarabağ" ASC-yə məxsus çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb:
 
"Belə ki, emal prosesinin normativ tələblərə uyğun həyata keçirilmədiyi, sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən olunub.
 
Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir".
Link kopyalandı!
Son xəbərlər