Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradırnaq kəndində səyyar qəbul-görüşü keçirilib
Cəmiyyət
1490
12 Feb 2025 | 14:53

Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradırnaq kəndində səyyar qəbul-görüşü keçirilib

Keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər.
 
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatların, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində icra olunan layihələrin hər bir yaşayış məntəqəsini əhatə etdiyini vurğulayıb və Qaradırnaq kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib.
 
Görülən işlərdən məmnunluqlarını bildirən sakinlərin daha sonra təklif və şikayətləri dinlənilib, kəndin 3.5 km-lik baş yolunun asfaltlanması, istismar müddəti bitmiş elektrik şəbəkəsinin yenidən kabelləşməsi, dren kanalın lildən təmizlənməsi, kənddə körpələr evi-uşaq bağçası üçün yeni inzibati bina tikilməsi ilə bağlı müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər