Qlobal çip istehsalçılarının gəliri 600 milyard dolları keçib
Cəmiyyət
346
11 Feb 2025 | 23:26

Qlobal çip istehsalçılarının gəliri 600 milyard dolları keçib

2024-cü ildə qlobal yarımkeçirici istehsalçılarının gəliri 18,1 faiz artaraq təxminən 626 milyard dollar təşkil edib.
 
Bu məlumat Gartner Tədqiqat Mərkəzinin ilkin hesablamalarında əksini tapıb.
 
Bu il gəlirlərin 705 milyard dollara çatacağı proqnozlaşdırılır.
 
Gartner-in analitika üzrə vitse-prezidenti Corc Broklherst bildirib ki, "Məlumat mərkəzi tətbiqlərində istifadə olunan qrafik emal və süni intellekt prosessorları 2024-cü ildə artımın əsas drayverləri olub.
 
Məlumat mərkəzi seqmentində gəlir 2023-cü ildəki 64,8 milyard dollarla müqayisədə keçən il 112 milyard dollara yüksəlib.
 
Qlobal yaddaş çiplərinin satışı 2024-cü ildə 71,8 faiz artıb və nəticədə çip istehsalçılarının ümumi gəlirlərində onların payı 25,2 faizə yüksəlib.
Digər növ çiplərin satışından əldə olunan gəlir 6,9 faiz artıb.
 
Keçən il ilk 25 təchizatçıdan on biri ikirəqəmli gəlir artımı əldə edib. Yalnız səkkiz şirkətdə azalma müşahidə olunub.
 
Cənubi Koreyanın “Samsung Electronics” şirkəti 2024-cü ildə dünyanın ən yaxşı çip istehsalçısı adını qazanaraq, ABŞ-da yerləşən “Intel” korporasiyasını ikinci yerə sürüşdürüb. Amerika Nvidia Corp. və Cənubi Koreyanın SK Hynix şirkəti gəlirini 80 faizdən çox artırmağa nail olub.
Link kopyalandı!
Son xəbərlər