Dənizkənarı Bulvar İdarəsinin “Şeytan çarxı” ilə bağlı elan etdiyi kotirovka sorğusunun ləğv edilməsinin səbəbi açıqlandı
Cəmiyyət
510
10:21, Bu gün

Dənizkənarı Bulvar İdarəsinin “Şeytan çarxı” ilə bağlı elan etdiyi kotirovka sorğusunun ləğv edilməsinin səbəbi açıqlandı

“Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsin panorama attraksionu (“Şeytan çarxı”-red) üçün texniki dəstək xidməti ilə bağlı elan etdiyi kotirovka sorğusunun ləğv edilməsinin səbəbi açıqlanıb.
 
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qərarda bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.
 
 Texniki dəstək üçün ehtimal edilən qiymət 46 020 AZN olub.
 
 
Link kopyalandı!
Son xəbərlər