Cəmiyyət
1237
10 Feb 2025 | 23:02

"Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin hamısı avtomobillə təmin edilib" - Vüqar Behbudov

2024-cü ildə növbədə olan müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin hamısı avtomobillə təmin edilib.
 
Moderator.az report-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib.
 
Onun sözlərinə görə, hazırda avtomobillə bağlı növbədə olan yoxdur: "Gələcəkdə müraciətlər daxil olarsa, onlar qiymətləndirilib təmin ediləcək".
 
Sədr əlavə edib ki, post-müharibə dövründə 567 müharibə ilə əlaqədar əlilliyi olan şəxsə avtomobil verilib. Ümumilikdə isə bu günədək 7 800 imtiyazlı şəxs avtomobillə təmin olunub.
 
V.Behbudov həmçinin bildirib ki, post-müharibə dövründə 6 800 şəhid ailəsi və qaziyə mənzil və fərdi evlər verilib. Ümumilikdə isə bu günədək 16 mindən çox şəxs mənzillə təmin edilib.
 
Onun sözlərinə görə, ötən il 1 311 imtiyazlı şəxs kurort və sanatoriyalara göndərilib. Onların arasında şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları da olub.
Link kopyalandı!
Son xəbərlər