Bizi sosial şəbəkələrdən izləyin:
1800 metr yüksəklikdə yerləşən Qaxın Sarıbaş kəndində bir zamanlar 350 ailə yaşasa da, bu gün qalan ailələrin sayı heç 10-a çatmır.
Kənddə qalan şəxslər isə daha çox yaşlı insanlardır.
Qar yağanda kəndlə əlaqə tamamilə kəsilir. Sakinlər isə Sarıbaşdan ildə bir dəfə çıxa bilirlər.
Sakinlərin sözlərinə görə, kənddə məktəb, tibb məntəqəsi, həkim, tibb bacısı yoxdur, hətta xəstələnəndə rayon mərkəzinə getməyə şərait də yoxdur:
"Gediş-gəlişin çətin olması səbəbindən camaat rayona köçüb getdi. Kənddə 10 ailə yaşayır. Burada hava məlumat bürosunda işləyənlər də var. Buradakı çayın üzərinə körpü lazımdır. Yayda bəzən elə olur ki, aylarla bura maşın gələ bilmir. Sel-su çox olur, ona görə də burada yaşayan camaat məcbur qalıb atlardan istifadə edir. Dağ kəndlərinin arana köçürülməsi qanunu çıxandan sonra kənddə köçürülmə başladı, onlar Cəlayir kəndinə köçürüldülər. Bizim 24 çarpayılıq xəstəxanamız var idi. Orada əməliyyat blok otağı da olub. İndi nə həkim var, nə tibb bacısı, nə də xəstəxana".
Daha ətraflı İTV-nin hazırladığı süjetdə: