Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Lakin gecə bəzi şəhərətrafı ərazilərdə yağıntılı olacağı, sulu qar yağacağı ehtimalı var, şimal-qərb küləyi əsəcək.
Paytaxtda havanın temperaturu gecə 1° şaxtadan 1°-dək isti, gündüz 2-5° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq rayonlarda az yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.
Bölgələrdə havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 7-12° şaxta, yüksək dağlıq ərazilərdə 14-19° şaxta, gündüz 3-6° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.