"Rusiyalıların qərargahı məhv edilib, elit tank kolonu darmadağın edilib, Su-25 təyyarəsi vurulub..."
Ukrayna Silahlı Qüvvələri (USQ) rusiyalıların müvəqqəti işğal altında olan Selidovo şəhərindəki qərargahına zərbə endirib. Nəticədə çoxlu sayda rusiyalı zabiti məhv edilib.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
USQ Rusiya Silahlı Qüvvələrinin 35-ci motoatıcı briqadasının qərargahını Selidovo şəhərində hədəfə alıb. Bu zərbə nəticəsində briqada komandanlığının bir çox zabiti məhv edilib.
Maraqlı məqam isə ondadır ki, pilotsuz uçuş aparatına (PUA) düzəlişlər verən və çəkiliş aparan operator, şərti adı "Ultra" olan qadın olub. O, Ukraynadakı azsaylı "Shark" PUA operatorlarından biridir və cəbhəyə yollanıb ki, müharibə onun doğma Dnepr şəhərinə çatmasın.
Bəzi məlumatlara görə, USQ bu zərbəni HIMARS yaylım atəşli reaktiv sistemindən endirib. İşğalçılar sosial şəbəkələrdə Selidovoda 35-ci motoatıcı briqada komandanlığının məhv edildiyindən şikayətlənir.
30 oktyabr 2024-cü ildə işğalçılar Donetsk vilayətinin Pokrovsk rayonunda yerləşən Selidovo şəhəri, Vişnevoye qəsəbəsi və Zvezdnoye kəndini ələ keçirib. Şəhərin işğalından əvvəl ağır döyüşlər gedib. Ukrayna qüvvələri şəhəri son ana qədər müdafiə etməyə çalışsalar da, silah və şəxsi heyət çatışmazlığı buna imkan verməyib.
"USQ rusların "elitar" tank kolonunu darmadağın edib..."
USQ Xarkov istiqamətində Ukrayna müdafiəsini yarmağa çalışan Rusiya tank və PDM kolonunu məhv edib. Bu barədə "nv.ua" nəşri məlumat verib.
Ukraynanın 3-cü əlahiddə hücum briqadasının məlumatına görə, düşmən 1-ci tank ordusunun tərkibindəki "elitar" 4-cü Kantemirov tank diviziyasının qüvvələri ilə Pervomayskoye və Vişnevoye yaşayış məntəqələri istiqamətində hücuma keçib.
Rusilalılar tank və PDM-lərdən ibarət kolonailə hücum etməyə çalışıb. Lakin artilleriya zərbələri nəticəsində ilk iki PDM artıq keçiddə batıb. Daha sonra briqadanın FPV dronları işə düşüb və düşmənin hərəkət istiqamətində zərbələr endirib.
Piyadalar planlaşdırılmamış şəkildə zirehli maşınlardan desant endirib, lakin onlar PUA-lardan atılan sursatlar və artilleriya ilə tam məhv edilib. Nəticədə rusiyalıların "epik hücumu" uğursuzluqla nəticələnib. Hətta batan texnikanı çıxarmağa göndərilən zirehli təmir-təxliyə maşını də məhv edilib". Nəticədə düşmənin 10 ədəd zirehli texnikası məhv edilib, 10 işğalçı öldürülüb, daha 10-u isə yaralanıb.
"Ukrayna ordusu rusiyalı Su-25 təyyarəsini vurub, helikopteri zədələyib..."
Toretsk istiqamətində Ukrayna qüvvələri Rusiya Hərbi- Hava Qüvvələrinə məxsus Su-25 qırıcı təyyarəsini vurub. Bu barədə "focus.ua" nəşri məlumat yayıb.
Qırıcı 28-ci ayrı-ayrı mexanikləşdirilmiş briqadanın əsgərləri tərəfindən məhv edilib. Bu briqada USQ-nin "Cənub" əməliyyat komandanlığının tərkibində fəaliyyət göstərir.
Bundan əlavə, briqadanın PUA operatorları Su-25-in pilotunu təxliyə etməyə çalışan rusiyalı Mi-8 helikopterini də zədələyib. Helikopter ağır zədələrlə geri dönüb və ciddi təmirə ehtiyac duyur. Pilot isə döyüş meydanında tərk edilib. "Bəlkə də rus deyildi, çünki bildiyimiz kimi, ruslar "öz adamlarını" atmır. Deməli, kim tərk edilibsə, o, "özlərindən" deyil", - briqada qeyd edib.
Su-25 ( qeyri-rəsmi olaraq "Qraç" kimi tanınan) zirehli, subsonik döyüş təyyarəsidir. O, SSRİ tərəfindən 1981-ci ildə silahlanmaya qəbul edilib və quru qoşunlarına dəstək vermək, hədəfləri günün istənilən vaxtında və istənilən hava şəraitində məhv etmək üçün nəzərdə tutulub.