Ermənistanda kibercinayətkarlıq 50 % artıb
Cəmiyyət
492
08 Feb 2025 | 21:58

Ermənistanda kibercinayətkarlıq 50 % artıb

Ötən il Ermənistanda qeydə alınan kibercinayətlərin sayı 2023-cü illə müqayisədə azı 50 % artıb, bunun da 90%-ni maliyyə kibercinayətləri təşkil edib.
 
Bu barədə Ermənistan İstintaq Komitəsinin Xüsusi Vacib İşlər Baş İdarəsinin Kibercinayətkarlıq və Yüksək Texnologiyalar sahəsində cinayətlərin araşdırılması İdarəsinin rəisi Robert Adilxanyan bildirib.
 
"Statistik məlumatlara görə, 2019-2023-cü illərdə qeydə alınan kibercinayətlərin sayı kəskin şəkildə artıb. Yəni 2019-cu ildə İstintaq Komitəsində 100-ə yaxın hadisə qeydə alınıb, 2023-cü ildə isə qeydə alınan cinayətlərin sayı 1 000-ə çatıb. Keçən il bu rəqəmlər azı 50 faiz artıb", - Adilxanyan qeyd edib.
 
"Ermənistanda ildən-ilə daha çox cinayətin üstü açılır. Hətta vətəndaşların müraciət etməməsi halları olur, lakin konkret işin istintaqı zamanı yeni cinayətlər ortaya çıxır", - o deyib.
 
Ermənistan Polisinin məlumatına görə, respublikada kibercinayətlərin sayı ildən-ilə artır. Əgər 4-5 il əvvəl hər il 300 nəfər belə cinayətlərin qurbanı olubsa, 2022-2023-cü illərdə qurbanların sayı 1 100-ü ötüb.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər