Fransanın keçmiş prezidenti elektron qolbaq taxmalı olacaq
Cəmiyyət
572
07 Feb 2025 | 21:41

Fransanın keçmiş prezidenti elektron qolbaq taxmalı olacaq

Fransanın keçmiş Prezidenti Nikola Sarkozi bu gün dinləmə işi üzrə hökmün icrası çərçivəsində elektron qolbaq almaq üçün məhkəməyə getməlidir.
 
Bu barədə "France Presse" agentliyi məlumat yayıb.
 
"Nikola Sarkozi bu gün telefon danışıqlarının dinlənilməsi işi üzrə elektron qolbaq taxmalıdır", - mənbə bildirib.
 
Onun məlumatına görə, səhər saatlarında qolbaq hələ taxılmamışdı.
 
Xatırladaq ki, ötən həftə Sarkozi hökmün icra şərtləri barədə məlumatlandırılması üçün Paris məhkəməsinə çağırılmışdı.
Link kopyalandı!
Son xəbərlər