Moderator.az yazdı, nazir müavini xalq artistini qəbul etdi - FOTO
Cəmiyyət
501
19:58, Bu gün

Moderator.az yazdı, nazir müavini xalq artistini qəbul etdi - FOTO

Xalq artisti Svetlana Həkimovanın bir neçə gün öncə saytımıza verdiyi açıqlamanı yayımlamışdıq. Aktrisa 85 yaşının olmasına baxmayaraq indiyə qədər təqaüd almadığını, Mədəniyyət Nazirliyinə getsə də onu içəri buraxmadıqlarını iddia etmişdi. Yazı saytımızda dərc olunandan sonra aktrisa Mədəniyyət Nazirliyinə dəvət olunub, dinlənilib.
 
Bu haqda xalq artisti özü Moderator.az-a danışıb:
 
“Sizə və saytınızın rəhbərliyinə minnətdarlığımı bildirirəm. Mədəniyyət Nazirliyinin müavini, xalq artisti Murad Hüseynov məni qəbul etdi. Təxminən 15 dəqiqə söhbətimiz oldu. Fəaliyyətim haqda maraqlandı, teatrdakı xidmətlərim haqda danışdı, ünvanıma xoş sözlər söylədi. Təqaüdlə bağlı müraciət etmişdim. Dedi ki, indiyə qədər sizdən bizə heç bir məktub və müraciət gəlməyib. Halbuki bundan əvvəlki nazirin vaxtında dəfələrlə getmişəm, içəri buraxmayıblar. Daha sonra məktublar yazmışam, müraciətlər ünvanlamışam. Nazir müavini dedi ki, şəxsən özüm bu işlə məşğul olacam. Ümid edirəm ki, haqqım olan təqaüdü ala biləcəm” deyə sənətkar bildirib.
 
Qeyd edək ki, Svetlana Həkimova Sumqayıt Dövlət Dram Teatrının ilk aktrisalarından olub.
Link kopyalandı!
Son xəbərlər